BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

Korporativ Satış Meneceri

21-09-2017

İnci

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur
İş günləri: həftənin 6 günü
İş təcrübəsi: ən az 3 il
Yaş həddi: 24-38

İşin təsviri:

- Şirkətin korporativ satış meneceri və müştərilər üçün koordinator rolunu icra etmək;
- Bazarın təhlili, araşdırmaların aparılması
- Mövcud müştəri bazasını genişləndirmək;
- Bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması
-Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək
- Sifarişlər, problemlər, hesabatlar və s. daxil olmaqla müştərilərlə əlaqəli bütün məsələləri həll etmək
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək;
- Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll etmək
- Əvvəlcədən müştəri ehtiyaclarını araşdırıb, onları qarşılamaq üçün hazır olmaq
- Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və Satış Müdirini müvafiq qaydada məlumatlandırmaq - Vaxtında aylıq satış hesabatlarını hazırlamaq
- Şirkətə yeni daxil olmuş məhsulları təhlil etmək və ən effektiv yollarla müştəriləri məlumatlandırmaq
- Borcların toplanması üçün məsul şəxs rolunu icra etmək; gecikmiş borcları,müştəri problemləri barədə məlumatlı olmaq
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək və yaxud telefonla əlaqə yaratmaq, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq

Dil:

  • Russian: Əla
  • English: Yaxşı

Təhsil:

  • Bakalavriat

Bonuslar:

iş saatları: Bazar ertəsi – cümə 08:30-18:00, şənbə 09:00-15:00,istirahət günü: Bazar - telefon xərcləri və nahar şirkət tərəfindən qarşılanır - əmək haqqı razılaşma əsasında müəyyən olunacaq ( maaşdan əlavə bonus sistemi)

Qeyd:

- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrübəsi;
- Əla satış və müştəri xidməti bacarıqları
-Müştəri potensialı haqqında məlumat toplaya bilmək
-Satışın psixologiyası və prinsiplərini bilməli, analizini aparmaq bacarığı
- Danışıq qabiliyyəti yüksək olan
- Müştərini inandırmaq bacarığı olmalı
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Dəqiq və punktual
-Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
-Müxtəlif növ təkliflərin verilə bilməsi
-Fəaliyyət planı hazırlayabilmə qabiliyyəti
- Komandada işləmək və idarəetmə qabiliyyəti yüksək olmalı
- Müasir texnologiyalardan və komputerdən istifadə bacarığı.
- Ofis Programları və aktiv şəkildə mail istifadə etmə.
- Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür )
- Ali təhsil
- Namizədlər üçün yaş məhdudiyyəti: 24-38