BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

icraçı direktor

31-08-2017
Məvacib: 1500M

Aqualink MMC

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur
İş saatları:9:00 - 18:00 (9 saat) (Tam ştat)
İş günləri: həftənin 6 günü
İş təcrübəsi: ən az 10 il
Yaş həddi: 30-40

İşin təsviri:

İŞ HAQQINDA
Satiş depertamentinin iş prinsiplərinə uyğun olaraq, struktur bölmənin işini təşkil etmək;
Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin rəhbərliyə təqdim olunması;
Satış təmsilçilərinin planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədi ilə yeni təkliflər vermək;
İşçilərinin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq;
Satış ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək;
Təlim və tədris. Inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi
Yüksək səviyyəli təlimçilərin cəlb olunması
Tədbirlər planının hazırlanması
Daxili və xarici tədris mərkəzi kimi istifadəyə hədəflənməsi və buna əmin olması
Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsi
Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin, qurulması və idarə edilməsi
Təlimçilərlə bağlı Prosedurların müəyyən olunması, hazırlanması və tətbiq olunması
Mərkəzin fəaliyyətinə nəzarət etməsi, hədəfə çatmaq üçün analizlərin aparılması və hesabatların verilməsi
Keçirilmiş təlimlər layihəsinin effektivliyinin təhlili
Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
Satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Nominal və ağırlıqlı distribusiya hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə çatma üçün lazımi işlərin təşkili
Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması

Dil:

  • Azərbaycan dili: Əla
  • Russian: Əla
  • English: Yaxşı

Təhsil:

  • Bakalavriat
  • Magistratura

Bonuslar:

aylıq əmək haqqı 1500 manat (əlavə satışa görə bonuslar) təşkil edir;

Qeyd:

TƏLƏBLƏR
Yaş həddi 30-40 yaş arası olmalı;
İqtisadiyyat və idarəetmə, biznes və marketinq sahəsində ali təhsilli olmalı;
İdarəetmə sahəsində yüksək təcrübə
Satış sahəsində minimum 5 il (iki ili rəhbər vəzifədə olmaq şərti ilə) iş təcrübəsi olmalı;
Seçim zamanı pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir;
Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və və satışa meyilli olmalıdır;
Güclü liderlik keyfiyyətinə sahib olmalıdır;
Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir;
Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
Azərbaycan dilini sərbəst və səlist, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
İşküzar ünsuyyət və danışıqlar aparmağı bacarmalı;
Ezamiyyətlərə getmək imkanına malik olmalıdır.
İndividual əlaqələr qura bilən
Sahibkara aylıq olaraq düzgün hesabat təqdim etmək
Nitq danışığı və nitq mədəniyyəti,
Təşkilatçılıq qabiliyyəti
Yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti
Punktual və məsuliyyətli
Dil biliyi: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (yaxşı)
Kompyuter biliyi: MS Office proqramları