BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Maliyyə, Kredit mütəxəssisi,

“DəmirBank” ASC Beyləqan filialı üzrə “Kredit eksperti” (Biznes kreditləri üzrə)

19-07-2016

DəmirBank

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
Biznes təhlilini aparmaq;
Birbaşa marketinq funksiyasını həyata keçirmək;
Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
Fəaliyyətinə dair hesabatlar vermək.

Qeyd:

Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
Analitik təhlil qabiliyyətinə malik olmaq;
Satış qabiliyyətinə malik olmaq;
Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.