BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Digər,

Operator

14-03-2016
Məvacib: 400-450M

Azqalfan-A MMC

Bak;, Azərbaycan
Tibbi sığorta yoxdur
İş saatları:9:00 - 18:00 (9 saat) (Tam ştat)
İş günləri: həftənin 6 günü
İş təcrübəsi: ən az 5 il
Yaş həddi: 25-55

İşin təsviri:

Tələblər:

- İstehsalat ilə bağlı ali və ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsilli olmaq məqsədə daha uyğundur)
- Zavodda dəmir metallurgiya istehsalı sahəsində operator kimi minumum 3 il iş təcrübəsi olmalıdır.
- Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacaqrıqları olmaq;
-Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olması.
-Dil bilikləri (Azərbaycan və Rus dilləri)

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır. Xahiş edirik telefon vasitəsilə əlaqə saxlanılmasın!
Vəzifələr:

• Yüksək keyfiyyətli məhsul istehsalına, səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdehlik daşımaq
• İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, makinaların işinin tənzimlənməsini həyata keçirmək, mütamadi olaraq istehsal olunan malların dəzgahlarda keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək
• Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırmaq və istehsal proseini başlatmaq
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət və hansı bir nasazlıq olduqda baş ustya və istehsalat mühəndisinə dərhal məlumat vermək
• Günlük İstehsalat prosesinin planını istehslat mühəndisindən qəbul etmək, günlük istehsalat sifarişi haqqında tabeçiliyindəki fəhlələlərə məlumat vermək
• İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün dərhal istehsal mühəndisinə və ustaya məlumat vermək
• İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək
İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
6 günlük iş həftəsi
Nahar şirkət tərəfindən verilir
Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Dil:

  • Azərbaycan dili: Əla
  • Russian: Əla

Təhsil:

  • Bakalavriat