BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Digər,

Texniki xidmət üzrə mütəxəssis

13-01-2016
Məvacib: 1200-1500M

Avirtel

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

- Avirtel-in Xidmət Mərkəzini tanıtmaq, şirkətin təklif etdiyi bütün xidmət və məhsulları təqdim etmək
- Gündəlik əməli işlərin tamamlanmasını təmin etmək
- Müştərilərin smartphone, noutbuk və kompyuterlərini təmir etmək
- Təmir texnikləri komandasına rəhbərlik etmək
- Dinamik mühitdə çoxsaylı təmir işlərini idarə etmək
- Standart əməli prosedurların komanda tərəfindən riayət olunmasına nail olmaq
- Qarşıya qoyduğu hədəflərə çatmaq və ya onları aşmaq
- İnventar hesablar və malların giriş-çıxışının qeydiyyat siyahıları daxil olmaqla işin bütün inzibati aspektlərini idarə etmək
- Sağlam rəqabət məqsədilə əlavə bilik və bacarıqlar əldə etmək
- Tələb olunarsa, müvafiq təlimlərdən keçmək
- Günün müəyyən saatlarında, həmçinin axşamlar və bayramlarda işləmək tələb oluna bilər
- Kargüzarlıq işlərini zamanında və səliqəli yerinə yetirmək
- İşin tələbinə əsasən ofisdənkənar işləmək tələb oluna bilər
- Xidmətdən narazı qalan müştərilərlə təmas qurmaq
- Qarşıya qoyulan hədəflərə çatmaq və ya onları aşmaq
- İcraya uyğun həvəsləndirici bonuslar

Qeyd:

- Texniki və peşəkar iş təcrübəsi
- İdarəetmə təcrübəsi
- Hədəflərə və kvotalara çatması barədə yazılı sənəd
- Çevik və rəqabətli komanda mühiti
- Uzun saatlar işləmə qabiliyyəti
- Kompyuter, wifi, surətçıxarma və skayner avadanlıqlarından istifadə bacarığı

Sahə üzrə ən azı 3 il peşəkar təcrübəsi olan, yüksək motivasiyalı texniki mütəxəssis axtarırıq. Idarəetmə sahəsində təcrübəsi olanlara üstünlük verilir. Bu vəzifəyə seçiləcək şəxs çoxsaylı təmir işlərinin həyata keçirilməsinə rəhbərlik edəcək, texniklər komandasını idarə edəcək, onları təlimatlandıracaq və inkişaf etdirəcək.