BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis

07-01-2016
Məvacib: 300-600M

PRONET

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

- Verilən məlumatlara əsasən şirkət və şirkətin məhsulları haqqında müxtəlif formatda PR mətnlərin yazılması (reklam, xəbərlər, məqalə, təqdimat, məktub və s.)
- Mətnlərə adların (naming), sloqanların (sloganeering) yazılması
- Şirkətin saytları ilə işləmək (müştərilərin əlavə olunması, yenilənmə, redaktə etmə), şirkətin müsbət imicini yaratmaq
- Saytlarda yazılmış şərhlərlə işləmək
- SEO optimallaşdırma mətnlərinin yazılması
- Rəqib şirkətlərin saytlarını təhlil etmək
- Yerinə yetirilmiş işlər barədə hesabatlar vermək
- Şirkətin fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması
- Rəhbərliyin mətbuatda dərc olunan və şirkətin fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq)
- İş qrafiki: 1-5-ci günlər 9:00-19:00, 6-cı gün 09:00-13:00
İstirahət günü: bazar
- Nahar şirkət tərəfindən ödənilir

Qeyd:

- Xanım namizədlər tələb olunur
- Azərbaycan, rus dillərini mükəmməl bilməli, ingilis dili arzuolunandır
- Məsuliyyətli, təşəbbüskar
- Öyrənmək və inkişaf etmək istəyi
- Professional etik davranışları əsas tutmaq
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı
- Əla ünsiyyət qurma və komandada işləmək bacarığı
- Stress altında işləmək qabiliyyəti
- Kreativ düşünmə qabiliyyəti, yeni ideyalara malik olması və s.

Sadalanan kriteriyalara uyğun gələn namizədlərdən xahiş olunur mövzu yerinə vakansiyanın adını yazıb fotoşəkillə birlikdə CV-lərini i.aynara@pronet.az e-mail ünvanına yollasınlar. Nəzərinizə çatdıraq ki, ancaq elanda göstərilən kriteriyalara uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaq. Əvvəlki iş yerindən AR Əmək Məcəlləsinin 72-ci maddəsi ilə və digər nizam-intizam qayda pozuntuları üzündən işdən azad olunan şəxslərdən müraciət etməmələri xahiş olunur.