BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

PR menecer

29-12-2015
Məvacib: 600-800M

ARPA

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

- İctimai birliyə daxil olan üzvlük müraciətlərinə baxır, qeydiyyata alır və müvafiq şəkildə cavablandırır
- Üzvlərin sayının artırılması istiqamətində müvafiq potensial fərdi və korporativ şəxsləri müəyyən edir, onlarla əlaqə saxlayır və İctimai Birliyi təqdim edir
- Üzvlük proseslərinin effektiv şəkildə həyata keçirilməsinə nəzarət edir və təkmilləşdirici təkliflərlə çıxış edir
- Üzvlər üzrə məlumatların sistematik qaydada yığılması və yenilənməsi, rəhbərlik üçün mütəmadi hesabatların hazırlanmasını həyata keçirir
- Təşkilatın fəaliyyəti haqqında mətbuat yayımının, bülletenlərin, və digər məlumatları hazırlayır
- KİV-lə əlaqələri təşkil edir
- Komitənin “İnternet” saytı üçün informasiyanın işlənməsi və hazırlanması işində aktiv iştirak edir
- Mətbuatın izlənilməsi, İctimai Birliyin fəaliyyəti ilə bağlı dərc olunan məlumatların təhlil edilməsi və lazım olduğu təqdirdə rəhbərliyə təqdim olunmasını həyata keçirir
- İctimai birliyə daxil olan sorğu və müraciətlərə baxmaq, icrasının təmin edilməsi məqsədilə onları müvafiq struktur bölmələrə təqdim etmək
- Öz sahəsinə aid işlər üzrə İctimai birliyin digər əməkdaşları ilə sıx işləmək;
- İctimai birliyin İctimaiyyətlə əlaqələri (PR) üzrə digər işləri görür

Qeyd:

- Yaş - 25-35
- Cinsi - fərq etməz
- Təhsil - jurnalistika, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil
- İş təcrübəsi - arzuolunandır
- Dil bilikləri - yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri tələb olunur. Yüksək səviyyədə Rus dili arzuolunandır
- Kompüter bilikləri - yüksək səviyyədə MS Power Point və MS Word bilikləri tələb olunur
- Şəxsi keyfiyyətlər
- Problem həlletmə bacarığı
- Təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
- Şifahi və yazılı ünsiyyət
- Yaradıcılıq və təşəbbüskarlıq

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə), “PR menecer” başlığı ilə info@arpa.org.az ünvana göndərə bilər.