BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Hüquqşünaslıq, Hüquqşünas,

Hüquqşünas

03-12-2015
Məvacib: 1500-2000M

GRBS - Regional Leader & Innovator

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

- Şirkətdə hüquqi işlərə rəhbərlik, məhkəmə və digər dövlət qurumlarında şirkətimizi təmsil etmək
- Şirkətin təsis və qeydiyyat sənədlərində dəyişikliklər etmək, alqı-satqı, xidmət, icarə və kirayə müqavilələrini hazırlamaq və bağlamaq, təminat məktublarını almaq, şirkətdə sorğu-məlumat işlərini görmək
- Qüvvədə olan qanunvericilik və digər normativ aktlar, onlara edilmiş əlavələr, dəyişikliklər və ya onların ləğv olunması haqqında qeydiyyat aparmaq və vəzifəli şəxsləri bununla tanış etmək
- Şirkətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak etmək
- Şirkətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa məsələlərə huqiqi rəy vermək
- İşin icrası ilə bağlı ofis texniki avadanlıqları ilə iş (print etmək, faks göndərmək və s)
- Baş direktor tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Qeyd:

- Hüquq ixtisası üzrə ali təhsil
- İxtisası üzrə ən azı 3 il iş təcrübəsi
- Yüksək idarəçilik qabiliyyəti
- Azərbaycan və Rus dillərində səlis danışmaq və başa düşmək, fikri tam və başa düşülən səviyyədə ifadə etmək, İngilis dilində orta səviyyəli danışıq bacarığı
- Mülki, əmək, maliyyə, inzibati, hüquq, vergi qanunvericiliyini bilmək
- Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı
- Konkret vəzifələri və bir neçə tapşırığı eyni vaxtda və dəqiq idarə etmək bacarığı yüksək səviyyədə olmalı, tələb olunarsa, gərgin rejimdə işləmək və konkret müddətdə işi çatdırmaq bacarığı olmalıdır
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Əla ünsiyyət qurma və komandada işləmək bacarığı

Maraqlanan şəxslərdən CV-lərərini mövzu yerinə "Hüquqşünas" yazaraq hr@grbs.com elektron ünvanına göndərmələri xahiş olunur.