BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri

25-11-2015

DəmirBank

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

• Reklam və ictimaiyyətlə əlaqələr üzrə işin, departamentin iş planına müvafiq olaraq təşkil edilməsi, reklam və ictimaiyyətlə əlaqələr üzrə büdcənin və planların hazırlanması;
• Şöbənin əməkdaşları qarşısında vəzifələrin qoyuluşu, prioritetlərin, müddətlərin müəyyən edilməsi, yerinə yetirilmiş işin qəbulu, keyfiyyətinin qiymətləndirilməsi və s. işçi proseslərin idarə olunması;
• Bankın brendinin və imicinin inkişafı, eləcə də xidmətlərin satışının artırılması üçün reklam və PR işinin təşkili və həyata keçirilməsi;
• Reklam və PR kampaniyalarının, tədbirlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət olunması;
• Reklam və PR ideyaların yaradılması;
• Reklam və PR alətlərinin (TV, radio, İnternet, küçə reklamı, çap və s.) müəyyən edilməsi;
• Reklam və PR kampaniyasının büdcəsinin hazırlanması;
• Reklamların yerləşdirilməsi, media-planların hazırlanması və podratçı şirkətlər tərəfindən icrasına nəzarət olunması;
• Reklam yerlərinin seçilməsinə və keyfiyyətinə nəzarət olunması;
• Reklam və PR aksiyalarının koordinasiyası və nəzarət olunması;
• Reklam və promouşn materialların sifarişi, qəbulu, keyfiyyətə və filialların təmin edilməsinə nəzarət olunması;
• Filiallarda reklam və PR işlərinin / tədbirlərinin təşkili və nəzarət olunması;
• Filialların interyer və eksteryer tərtibatı işlərinin təşkili və nəzarət olunması;
• Təklif edilən filial yerinin (ərazinin cəlbediciliyinin və ofisin) və ATM yerinin qiymətləndirilməsində iştirak edilməsi;
• Tədbirlərin (korporativ / sosial / xeyriyyə, uduş kampaniyaları, sərgi, yarmarka və s.) tədbirlərin keçirilməsində iştirak, reklam və tərtibat işlərinin həyata keçirilməsinin təşkili və nəzarət edilməsi;
• Reklam və PR işlərinin səmərəliliyinin qiymətləndirilməsi.

Qeyd:

• Ali Təhsil;
• Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
• Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
• Mobil, dinamik, operativ, dəqiq, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək qabiliyyətinə sahib olmaq;
• MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığına sahib olmaq;
• Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2015-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.