BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Bank xidməti,

Məhsulların Yaradılması və İnkişafı şöbəsinə aparıcı mütəxəssis

25-11-2015

DəmirBank

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

• Daxili və xarici mənbələrdən daxil olmuş və şəxsi ideyalar əsasında müasir bank bazarına uyğun, rəqabətə davamlı, Bankın strategiyasına uyğun gələn məhsul və xidmətlərin yaradılması üçün təkliflərin verilməsi;
• Bankın məhsul və xidmət portfelində olan, cari bazar tələblərinə uyğun olmayan, köhnəlmiş məhsul və xidmətlərin müştərilərə təqdim edilən məhsul və xidmət portfelindən çıxarılması və yenisi ilə əvəz olunması üçün təkliflərin hazırlaması;
• Məhsulların satışının artırılması üçün müxtəlif tipli aksiyalar barədə təkliflərin verilməsi;
• Yeni məhsul ideyalarının yaradılması üçün mütəmadi olaraq ön ofis əməkdaşları ilə fikir mübadiləsinin aparılması və onların təkliflərinin ideyaya çevrilməsinin təmin edilməsi;
• Yeni məhsulların bazara çıxarılması üçün layihə planlarının hazırlanması;
• Yeni məhsulların yaradılması prosesində məhsul barədə təqdimatların hazırlanması;
• Bazara yeni çıxarılmış məhsul və xidmətlərin satışları barəsində müvafiq olaraq hesabatların, təqdimatların hazırlaması və rəhbərliyə təqdim edilməsi;
• Yeni yaradılmış məhsulların biznes proseslərinin təhlil edilməsi və çatışmazlıqların aradan qaldırılması;
• Aidiyyatı struktur bölmələrlə birlikdə müxtəlif məhsulların yaradılması və kampaniyaların təşkil edilməsi üçün digər şirkətlərlə görüşlərin keçirilməsi.

Qeyd:

• Ali təhsil;
• Yaradıcı xüsusiyyətlərə malik olmaq;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
• Bank sahəsi üzrə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
• Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
• Yüksək təqdimat bacarığına malik olmaq;
• Analitik düşünmə bacarığına malik olmaq;
• Ofis proqramları və elektron poçt sistemi (e-mail) ilə yüksək səviyyədə işləmək bacarığına sahib olmaq;
• Azərbaycan dilində tam sərbəst yazı və danışıq qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək əlavə üstünlükdür).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2015-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhsulların Yaradılması və İnkişafı şöbəsinə aparıcı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.