BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Digər,

Filial Müdiri

23-11-2015

Parabank ASC

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
Məsuliyyətli olmalı;
Ünsiyyət qurabilmə qabiliyyəti;
Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
Vətəndaş qüsursuzluğuna malikolma;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
Hesabatın hazırlanması və yazışma bacarığı;
Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
Ünsiyyət qurabilmə qabiliyyəti;
Etikalı olmaq;
Mərkəzi Bankın bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;
Filial müdiri kimi bank sahədə dörd illik təcrübəyə malik olması;
Filialın işlərini planlaşdırma bacarığına malik olması;

Qeyd:

Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirmək;
Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;
CV-ləri "Beyləqan" filial müdiri mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.