BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

Bakı filialı üzrə müdir

23-10-2015

Parabank ASC

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur

İşin təsviri:

- Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
- Məsuliyyətli olmalı
- Ünsiyyət qurabilmə qabiliyyəti
- Azərbaycan, rus dilində sərbəst danışıq bacarığı
- Vətəndaş qüsursuzluğuna malikolma
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı

Qeyd:

- Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək
- Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək
- Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək
- Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq
- Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək
- Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək
- Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək
- Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq

CV-lərinizi gunash.mustafayeva@parabank.az mailinə göndərin