BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş
Kateqoriyalar: Bank xidməti, İqtisadçı, Digər,

Xəzinədar - Lənkəran filialı

10-08-2015

Parabank ASC

Bakı, Azərbaycan
Tibbi sığorta yoxdur
İş saatları:9:00 - 18:00 (9 saat) (Tam ştat)

İşin təsviri:

Ali təhsilli
Bankda kassir vəzifəsində işləyən namizədlərə üstünlük verilir
Ünsiyyətçillik,vicdanlılıq,təşəbbüskarlıq
Komandada işləmə bacarığı
Analitik zəka,müştərilərlə işləmək qabiliyyəti
Riyazi hesablama apara bilmə qabiliyyəti
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

Qeyd:

1. Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
2. Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
3. Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
4. Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
5. Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
6. Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

CV-ləri Lənkəran xəzinədar mövzusu ilə gunash.mustafayeva@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.