BolKadr.com - Şirkətlər, Vakansiyalar, Kadrlar, İş elanları, Azərbaycanda iş

BOLKADR NƏDİR?

bolkadr.com saytı Azərbaycanda geniş şirkət və vakansiya bazasını mərkəzləşdirmək üçün yaradılmış analoqu olmayan veb portaldır. Daim yeni imkanları ilə daha da inkişaf etdirilir. bolkadr.com İŞƏ DÜZƏLTMƏ AGENTLİYİ DEYİL. bolkadr.com daim yenilənən vakansiyaları və CV bazası ilə həm iş axtaranlar həm də İşçi axtaranlar üçün bir vasitədir. CV/Vakansiya əlavə etməklə iş/işçi tapmaq imkanlarınızı genişləndirin.

İŞ VƏ İŞÇİ AXTARANLAR ÜÇÜN

bolkadr.com iş axtaranlarla işçi axtaran şirkətləri bir-birilə əlaqələndirməkdə vakansiya saytıdır. Yarandığı gündən daim yenilənən və inkişaf edən saytımız qısa zaman müddətdə insanların etimadını qazandı. İş axtaranlar bolkadr.com - da yaratdığı CV-lərlə heç bir ödəniş etmədən karyera qurmaq imkanı qazanırlar.

ŞİRKƏTLƏR ÜÇÜN ÖDƏNİŞSİZ VEB SƏHİFƏ

Bir çox şirkətlər rəsmi veb səhifələri üçün yüksək məbləğdə ödənişlər edirlər, lakin bu müştəri cəlb etmək yönündən istəkləri doğrultmur. bolkadr.com öz serverində şirkətinizə ödənişsiz veb səhifə hədiyyə edir. Bu işi siz asanlıqla özünüz də edə bilərsiniz və ya bizə müraciət etsəniz bu işi bizim əməkdaşlar sizin əvəzinizə edə bilərlər. Müraciət etmək üçün e-mail: info@bolkadr.com

VEB SƏHİFƏNİN GƏTİRDİYİ ÜSTÜNLÜKLƏR VƏ QAZANC

  • Şirkət üçün professional veb səhifə ən az 1000 - 1500 AZN-dən başlayan qiymətlərlə başa gəlir, lakin bunu biz sizin üçün ödənişsiz edirik.
  • Şirkətlərin rəsmi veb səhifələri bir çox hallarda qeyri-professionallar tərəfindən hazırlandığı üçün, şirkətin səhifəsi axtarış saytlarında aşağı səviyyələrdə çıxır, bəzən isə heç çıxmır. Bizim sizə hədiyyə etdiyimiz veb səhifə isə sizin şirkətin axtarış saytlarında daha ön sıralarda çıxaraq müştərilər tərəfindən daha tez tapılmasını təmin edir.
  • Bolkadr-ın gündən günə artan ziyarətçi sayı həm də sizin potensial müştəriləriniz deməkdir.
  • Bizim portalda şirkətiniz adından pulsuz vakansiya elan etməklə şirkətiniz üçün yeni əməkdaşlar tapmaq imkanı əldə edirsiniz.
  • Təcrübəli proqramçılarımız tərəfindən inkişaf etdirilən sistemimizdə siz yaxın zamanlarda şirkətinizin veb səhifəsi üçün müxtəlif dizaynlar seçə biləcəksiniz, rənglərə və şriftlərə müdaxilə etməklə dizaynı zövqünüzə uyğun dəyişdirə biləcəksiniz.
  • Bununla yanaşı yaxın zamanlarda siz şəxsi veb səhifənizdə ŞİRKƏTİNİZİN MƏHSULLARINI SƏRGİLƏYƏ BİLƏCƏKSİNİZ.
  • Digər unikal yeniliklər ilə sizi zaman-zaman e-mail vasitəsilə məlumatlandıracayıq.

Hörmətlə bolkadr.com komandası!